Hüquq-mühafizə orqanları “Terrorsuz Türkiyə” prosesi yolunda təxribatların qarşısını almaq üçün bütün lazımi tədbirləri görür.
AZƏRTAC xəbər verir ki, bu bəyanatla Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi çıxış edib.
O, PKK terrorçuları ilə mübarizəyə illərdir xərclənən vəsaitin hazırda şərqi və cənub-şərqi Anadolunun inkişafına investisiya qoyuluşlarına yönəldildiyini bildirib.
Nazir Türkiyənin müxtəlif yerlərində yaradılmış 2063 nəzarət məntəqəsinin ləğv edildiyini açıqlayıb ki, bu da cinayətkarlıqla bağlı vəziyyətin normallaşmasının sübutudur.
“Son iki ildə uğurla həyata keçirilən “Terrorsuz Türkiyə” prosesi başa çatmaq üzrədir. Vəziyyət normallaşır. Biz təxribatları dayandırmağa və sabotajın qarşısını almağa hazırıq”, -deyə M. Çiftçi vurğulayıb.