Rusiya Prezidenti Vladimir Putin ABŞ vətəndaşı, Ukrayna Ordusunda vurumuş amerikalı Stiven Habardı azad edib.
TASS xəbər verir ki, bu barədə o, ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff-la görüşündə deyib.
Rusiya prezidentinin sözlərinə görə, hazırda 74 yaşlı Habard artıq Sankt-Peterburqun Pulkovo hava limanındadır. Uitkoff Amerika vətəndaşının azad edilməsinə görə Putinə təşəkkür edib.
Xatırladaq ki, Miçiqan ştatında anadan olan Habard 2024-cü ildə Ukrayna tərəfində döyüş əməliyyatlarında iştirak etdiyinə görə Rusiyada 6 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.
Putin və Uitkoff bu gün Sankt-Peterburqdakı Konstantin sarayında görüşürlər. Danışıqların əsas mövzusu Ukraynadakı münaqişənin nizamlanmasıdır.
Qeyd edək ki, Uitkoff daha əvvəl Osloda keçirilən danışıqları məhsuldar adlandırıb və müəyyən irəliləyişlərin əldə olunduğunu bildirib.