Raket zərbələri nəticəsində Kiyevin körpü və metro infrastrukturu dağılıb, yaralılar var

Kiyev şəhər meri Vitali Kliçko teleqram səhifəsində bildirib ki, Kiyevdə gecə ərzində hava hücumu nəticəsində ikisi uşaq olmaqla 15 nəfər yaralanıb. Onlardan 8-i xəstəxanalara yerləşdirilib.

Bundan başqa hava zərbəsi nəticəsində Kiyevin sağ və sol sahillərini birləşdirən “Cənub" körpüsündə dağıntı qeydə alınıb. Həmin körpüdə hərəkət dayandırılıb.

Merin sözlərinə görə, hava zərbəsi nəticəsində metro infrastrukturuna ziyan dəydiyindən, metronun bəzi istiqamətlərinə hərəkət dayandırılıb.

Bundan başqa təcili tibbi yardım xəstəxanasının binasına və 6 avtomobilinə ziyan dəyib.

 

04:26

Ukraynanın paytaxtı Kiyev şəhəri ballistik raketlərlə vurulub.

AZƏRTAC-ın xüsusi müxbirinin verdiyi məlumata görə, oktyabrın 22-si gecə saatlarından başlayaraq Kiyevə kütləvi ballistik raketlər atılıb. Şəhərdə güclü partlayış səsləri eşidilib. Dağıntılar qeydə alınıb.

Yerli teleqram kanallarının yazdığına görə, Kiyevə 20-30 ballistik raket atılıb. Əsas hədəf enerji və strateji infrastrukturlar olub.