Fransada “Vətənpərvərlər” partiyasının lideri və 2027-ci il seçkilərinə prezidentliyə namizədlərdən olan Florian Filippo Avropa İttifaqı bayrağını təhqir edib.
TASS-ın məlumatına görə, o bu barədə “X”də istifadəçilərdən birinin paylaşımını şərh edərkən bildirib.
O bələdiyyə binasından düşən Avropa İttifaqının bayrağını qabyuyan əski adlandırıb.
“Küləyin sayəsində, üzərində ulduz motivləri olan mavi rəngli bir qabyuyan əski azaldı”, - deyə
Filippo şərhinə “azad Fransa” çağırışını və Avropa İttifaqından çıxmaq tələbini də əlavə edib.
Xatırladaq ki, Fransada prezident seçkiləri gələn il keçiriləcək.