Oktyabrın 23-də İstanbulda “R4+E3” formatında (Misir, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə + Böyük Britaniya, AFR və Fransa) vasitəçilik üzrə IX konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, yeddi ölkənin xarici işlər nazirləri iki gün ərzində dünyanın müxtəlif regionlarında, xüsusən də Yaxın Şərqdə ziddiyyətlərin həlli səylərini müzakirə edəcəklər. ABŞ ilə İran arasındakı qarşıdurmaya, husilərdən gələn təhdidlərə və Qırmızı dənizdə gəmiçiliyə xüsusi diqqət yetirilməsi planlaşdırılır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan ikigünlük tədbirin iştirakçılarına müraciət edərək beynəlxalq sistemi təhdid edən çətinliklər fonunda vasitəçiliyin vacibliyini qeyd edib.
Daha sonra Prezident Rəcəb Tayyib Ərdoğanın videomüraciəti nümayiş etdirilib. Türkiyə lideri Ukrayna da daxil olmaqla dünyanın müxtəlif bölgələrində Ankaranın vasitəçilik səylərini vurğulayıb.
Siyasətçi qeyd edib ki, inamsızlıq beynəlxalq siyasətdə yanaşmaların əsası ola bilməz.