Bu sərgi qardaş Qazaxıstan xalqının zəngin mədəni irsini, milli dəyərlərini və əsrlər boyu formalaşmış yaşam tərzini nümayiş etdirir. Burada təqdim olunan eksponatlar qazax xalqının tarixini, məişətini, sənətkarlıq ənənələrini və mənəvi dünyasını əks etdirir.
AZƏRTAC xəbər verir ki, bunu Milli Azərbaycan Tarixi Muzeyində keçirilən “Qazaxların ənənəvi mədəniyyəti” adlı beynəlxalq sərginin açılışında Qazaxıstan Respublikasının Milli Mərkəzi Muzeyinin ümumi məsələlər üzrə direktor müavini vəzifəsini icra edən Askar Axmanov deyib. O bildirib ki, Azərbaycan və Qazaxıstan xalqlarını ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər birləşdirir: “Dövlətlərimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri bu gün uğurla inkişaf edir. Mədəniyyət sahəsində əməkdaşlığımız xalqlarımızın bir-birini daha yaxından tanımasına və ortaq irsimizin qorunmasına mühüm töhfə verir.
Əminəm ki, bu sərgi ziyarətçilərdə böyük maraq doğuracaq, Azərbaycan və Qazaxıstan arasında mədəni əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək”.