ŞKTR XİN-in başçısı: Xocalı soyqırımı ilə bağlı Azərbaycanın kədərini bölüşürük

Şimali Kipr Türk Respublikasının (ŞKTR) xarici işlər naziri Tahsin Ertuğruloğlu Xocalı soyqırımı qurbanlarının xatirəsini anıb.

AZƏRTAC xəbər verir ki, Xocalı soyqırımının ildönümü ilə bağlı nazirin sosial şəbəkələrdə paylaşdığı statusda deyilir: “Ermənilərin 32 il bundan öncə törətdikləri soyqırımına məruz qalan azərbaycanlı qardaşlarımızın kədərini dərindən bölüşürük”.