Rusiyanın Baş naziri Azərbaycana səfər edəcək

Bu gün Rusiyanın Baş naziri Mixail Mişustinin Azərbaycana ikigünlük işgüzar səfəri başlayır.

Trend xəbər verir ki, bu barədə Rusiya hökumətin mətbuat xidməti məlumat yayıb.

Səfər zamanı Rusiya-Azərbaycan ticarət-iqtisadi əməkdaşlığının inkişafı ilə bağlı bir sıra məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.

Xüsusən enerji, nəqliyyat, sənaye, mədəni, humanitar və digər sahələrdə birgə layihələrin təşviqinə diqqət yetiriləcək.