Qərbi Avropada və Balkan regionunda baş verən hadisələr təəssüf doğurur.
AZƏRTAC xəbər verir ki, bu barədə Albaniyanın sabiq Prezidenti İlir Meta XI Qlobal Bakı Forumu çərçivəsində keçirilən “Regional perspektivlər: Avropa İttifaqı və onun qonşuları” mövzusunda panel iclasında bildirib.
İ.Meta regionda sabitliyin pozulmasının yaxşı hal olmadığını və istər-istəməz qonşularda da təşviş yaratdığını diqqətə çatdırıb.
Aİ-yə üzvlük məsələsi ilə bağlı fikirlərini bölüşən Forum iştirakçısı ortaq prinsiplərə riayət edilməsinin vacibliyini vurğulayıb.
“Münaqişə ocaqlarında terrorçu qrupların fəaliyyəti narahatlıq doğurur. Bunun qarşısı alınmalıdır”, - deyə Albaniyanın sabiq Prezidenti qeyd edib.