Fərid Şəfiyev: Azərbaycan Çinlə iki platformada dialoq aparmalıdır

Dünya miqyasında Çinin həm iqtisadi, həm siyasi nüfuzu artmaqdadır. Azərbaycan Çinlə hər iki platformada dialoq aparmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu “Azərbaycan-Çin münasibətlərinin yenidən qiymətləndirilməsi: İrəliyə doğru yol” mövzusunda konfransa təşkilatçılıq edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə açıqlamasında deyib.

O, rəhbərlik etdiyi mərkəzin dövlət qurumu olmadığını, ancaq onlar üçün müəyyən müzakirə nöqtələri müəyyənləşdirdiyini qeyd edib. Bildirib ki, bugünkü konfransa Çindən bir sıra elmi nümayəndələr dəvət olunub.

“Çinlə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq kimi vacib məsələləri müzakirə etməliyik. Söhbət Şanxay Əməkdaşlıq Təşkilatından gedir. Bizim üçün “Mərkəzi Asiya 5” platforması da mühüm əhəmiyyət daşıyır”, - deyə F.Şəfiyev qeyd edib.