Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünü alqışlayır

Moskva Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanın mayın 10-da Almatıda keçiriləcək görüşünü alqışlayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri Moskvada keçirilən brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova söyləyib.

M.Zaxarova deyib: “Biz mayın 10-da keçirilməsi nəzərdə tutulan bu görüşü alqışlayırıq. Gələcəkdə də Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinə kömək etməyə hazırıq. Xatırladım ki, aprelin 22-də Moskvada Rusiya və Azərbaycan prezidentlərinin danışıqları oldu. Bu gün Rusiya liderinin Ermənistanın baş naziri ilə görüşü olacaq. Bu danışıqların gündəliyində Cənubi Qafqazda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi məsələləri var”.