Birinci vitse-prezident Mehriban Əliyeva Səid Nəcəfzadəni təbrik etdi (FOTO)

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "İnstagram" hesabında Paraatlet Səid Nəcəfzadəni qızıl medal qazanması münasibətilə təbrik edib.

Trend xəbər verir ki, paylaşımda deyilir:

"Paraatlet Səid Nəcəfzadəni “Paris-2024” Yay Paralimpiya Oyunlarında qızıl medal qazanması münasibətilə təbrik edirəm! Peşəkarlıq və qətiyyət nümayiş etdirən idmançımız Azərbaycan azarkeşlərinin ümidlərini doğrultdu! Çempionu səmimi-qəlbdən təbrik edir, ona yeni nailiyyətlər arzulayıram!"

Gallery