Azərbaycan parlamentinə seçkilər ədalətli və legitim idi, bütün seçki prosesi qüsursuz keçdi.
Trend xəbər verir ki, bu barədə Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko mətbuat konfransında deyib.
Onun fikrincə, müasir qeyri-stabil dünyada Azərbaycan sabitlik adasıdır və bu, əsasən, ölkənin siyasi sistemi ilə bağlıdır.
O, seçicilərin seçiminin əsas vəzifəni yerinə yetirdiyini - xarici təsirlərə qarşı müqavimət göstərdiyini vurğulayıb.
Qeyd edək ki, sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. Seçkiləri müşahidə etmək üçün 112 min 749 yerli müşahidəçi qeydə alınıb. Onlardan 65 mindən çoxu siyasi partiyaların nümayəndələridir. Qeydə alınmış beynəlxalq müşahidəçilərin sayı 598 nəfər olub ki, onlar 51 Təşkilatı, 69 ölkəni təmsil edib. Parlament seçkilərində qeydə alınan 990 namizəddən 305-i 25 siyasi partiyanın nümayəndəsidir. 371 nəfər siyasi partiyaların üzvü olmasına baxmayaraq, partiyalar tərəfindən namizəd olaraq irəli sürülməyiblər. Ümumilikdə 676 namizədin siyasi partiya mənsubiyyəti var.