Sessiyaya TASS-ın baş direktorunun birinci müavini Mixail Qusman moderatorluq edib. Sessiyada, həmçinin, Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Yelena Vartanova, “Rossiyskaya qazeta”nın baş redaktorunun müavini Yadviqa Yuferova, Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkətinin baş direktorunun müavini, “Kultura” telekanalının direktoru və baş redaktoru Sergey Şumakov, eyni zamanda, “Belarus Seqodnya” nəşrinin direktoru-baş redaktoru Dmitri Juk və “Anadolu” agentliyinin Moskva ofisinin rəhbəri Ali Cura iştirak ediblər.
Birləşmiş Mədəniyyətlərin X Sankt-Peterburq Beynəlxalq Forumu sentyabrın 11-dən 14-dək keçirilir. Forumun 10 tematik bölməsinin hər biri mədəniyyətin müxtəlif aspektlərinə həsr olunub. İşgüzar proqrama xüsusən Rusiyanın BRİCS və MDB-də sədrliyinə həsr olunmuş tədbirlər, beynəlxalq mədəni əməkdaşlığın perspektivlərinin müzakirəsi daxildir.