Zakir Həsənov “ADEX-2024” sərgisində xarici ölkələrin məhsulları ilə tanış olub

Azərbaycanın müdafiə naziri Zakir Həsənov “ADEX-2024” sərgisində təmsil olunan xarici ölkələrin məhsulları ilə tanış olub.

"Report"un xəbərinə görə, nazir sərgidə təmsil olunan xarici ölkələrin şirkətlərinin stendlərinə baxış keçirib.

Şirkət rəsmləri tərəfindən məhsullar barədə nazirə məlumat verilib.