Azərbaycan-Qətər hərbi-texniki əməkdaşlığının perspektivləri müzakirə olunub

Sentyabrın 25-də Azərbaycanın müdafiə naziri Bakı şəhərində keçirilən 5-ci Yubiley “ADEX” Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Qətərin “Barzan Holdings” müdafiə və təhlükəsizlik şirkətinin icraçı direktoru Abdullah Əl-Xater ilə görüşüb.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycanla Qətər arasında hərbi əməkdaşlığın yeni perspektiv və imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.