Slovakiya şirkətlərinin Qarabağda yeni layihələrə cəlb olunması üçün perspektivlər var - Anar Axundov

Slovakiya şirkətləri Azərbaycanın Ağdam rayonundakı "ağıllı kənd" layihəsində iştirak edirlər və onların işğaldan azad edilmiş ərazilərdə digər layihələrə də cəlb olunması üçün perspektivləri var.

Trend xəbər verir ki, bu barədə Azərbaycan iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda Azərbaycan-Slovakiya biznes forumunda çıxış edərkən bildirib.

"Digər xarici şirkətlərlə yanaşı, Slovakiya şirkətləri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpasında iştirak edirlər.

Slovakiya şirkətləri tərəfindən Ağdam rayonundakı Baş Qərvənd kəndində uğurla həyata keçirilən "ağıllı kənd" layihəsi ölkələrimiz arasındakı əməkdaşlığın daha da genişləndirilə biləcəyini göstərir", - o deyib.