Türkiyə Ermənistan ilə Azərbaycan arasında sülhlə bağlı müzakirə prosesində mühüm rol oynaya bilər

Türkiyənin və Almaniyanın xarici işlər nazirləri Hakan Fidan və xanım Annalena Berbokun Nyu-Yorkda keçirilən görüşündə Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsi ilə bağlı müzakirə prosesində Türkiyənin rolu barədə də fikir mübadiləsi aparılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki səhifəsində məlumat verilib.

“Türkiyə yaxın bölgəmizdə sülhün təmin olunmasında mühüm vasitəçidir. Türkiyə Ermənistan ilə Azərbaycan arasında tarixi sülhlə bağlı müzakirə prosesində mühüm rol oynaya bilər", - deyə məlumatda qeyd olunub.