Bakı. Trend:
Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları hədəfə almaqda davam edir. Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub.
Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi öz "Twitter" səhifəsində yazıb.
"Təəssüf ki, minanın partlaması daha bir mülki şəxsin ölümünə səbəb olub. 2020-ci ildə müharibənin bitməsindən indiyədək Azərbaycanda mina qurbanlarının sayı 299 nəfərə çatıb. Beynəlxalq ictimaiyyət Ermənistanın davam edən bu təhlükəsinə səssiz qalmamalıdır", - deyə qeyd olunub.