Türk dövlətləri arasında sadələşdirilmiş gömrük dəhlizi yaradılır

Bakı. Trend:

“Türk Dövlətləri Təşkilatının hökumətləri arasında sadələşdirilmiş gömrük dəhlizinin yaradılması haqqında” Saziş təsdiq edilib.

Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2022-ci il noyabrın 11-də Səmərqənd şəhərində imzalanıb.