Bakı. Trend:
“Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumətləri arasında beynəlxalq kombinə edilmiş yük daşımaları haqqında” Saziş təsdiqlənib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.
Qeyd edək ki, Saziş 2022-ci il noyabrın 11-də Özbəkistanın Səmərqənd şəhərində imzalanmışdı.