Gürcüstan MSK Azərbaycanda 3 seçki məntəqəsi yaradacaq

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar Azərbaycanda 3 seçki məntəqəsi yaradacaq.

Bu barədə AZƏRTAC-a Gürcüstan MSK-dan məlumat verilib.

Bildirilib ki, Gürcüstanda parlament seçkiləri üçün ən çox seçki məntəqəsi Yunanıstan, ABŞ, Türkiyə, Almaniya, Azərbaycan və İtaliyada açılacaq.

Ən çox seçki məntəqəsi ABŞ-da və Yunanıstanda açılacaq - hər birində beş məntəqə.

Bundan başqa, Almaniyada dörd, Azərbaycan, Türkiyə və İtaliyada üç, İspaniyada iki seçki məntəqəsi yaradılacaq.