Eka Sepaşvili: AŞPA-da Azərbaycan nümayəndə heyətinin mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) dəyərlərinə uyğun olaraq hesab edirəm ki, bütün tərəflərin iştirakı təmin olunaraq, Azərbaycanın yeni seçilmiş parlamentariləri ilə birbaşa əlaqələrin qurulması imkanlarını müzakirə etmək lazımdır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Eka Sepaşvili deyib.

O bildirib ki, bu qurumda insan haqlarından, qanunun aliliyindən, demokratik təsisatlardan danışırıqsa, o zaman Azərbaycan nümayəndə heyəti ilə dialoqu davam etdirməliyik. Nəzərə almalıyıq ki, Azərbaycanın parlamenti yeni seçilib. Bu baxımdan hər bir mövzuda açıq dialoq aparılmalıdır. Dialoqun hər iki tərəf üçün faydalı olduğunu düşünürəm.

“Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan, onun səsini və mövqelərini eşitmədən mühakimə yürütmək düz deyil və bu, demokratik inkişaf üçün faydalı ollmayacaq. AŞPA-nın dialoq prinsipinə riayət etmək lazımdır”, - deyə E. Sepaşvili bildirib.