Qusar rayonunun Ləzə kəndində turizm infrastrukturu yaradılacaq

Qusar rayonunun Ləzə kəndində turizm infrastrukturunun yaradılması ilə bağlı işlərə başlanılır.

Trend-in dövlət satınalmalarının vahid internet portalından əldə etdiyi məlumta görə, bununla bağlı Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi hazırlıqlara başlayıb.

Belə ki, Əsas Şərtlər Toplusunda FORMA 2 cədvəlinə uyğun olaraq Qusar rayonunun Ləzə kəndində turizm infrastrukturunun yaradılması nəzərdə tutulub.

Agentlik sözügedən işlərin icrasının 1.148.473,00 AZN-ə (1 milyon 148 min 473 manat) başa gələcəyini proqnozlaşdırıb.