Bu ilin yanvar-noyabr aylarında Azərbaycana dünyanın 195 ölkəsindən 2 milyon 412 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 27,4 % çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 28,2 %-i Rusiya Federasiyası, 16,1 %-i Türkiyə, 8,9 %-i Hindistan, 8 %-i İran, 4,1 %-i Gürcüstan, 3,9 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i Qazaxıstan, 3 %-i Pakistan, 1,8 %-i Çin, 1,7 %-i Özbəkistan, 1,6 %-i Birləşmiş Ərəb Əmirlikləri, 1,4 %-i Ukrayna, hər birindən 1,2 % olmaqla Türkmənistan və Küveyt, 1,1 %-i İsrail, hər birindən 1 % olmaqla Oman, Belarus və Böyük Britaniya, 11,5 %-i digər ölkələrin vətəndaşları olub.
2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 37,3 % artaraq 106 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 25,3 % artaraq 391,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 19,4 % artaraq 905,8 min nəfər olub.
Ölkəyə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 75,9 %-i hava, 22,9 %-i dəmir yolu və avtomobil, 1,2 %-i isə dəniz nəqliyyatından istifadə edib.