10 aprel tarixindən etibarən “FlyArystan” aviaşirkətinin Heydər Əliyev Beynəlxalq Hava Limanındakı bütün reyslərinə T2 terminalında xidmət göstəriləcək.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın aşağı büdcəli aviaşirkəti sərnişinlərdən bu dəyişikliyi nəzərə alaraq səfərlərini planlaşdırmağı və hava limanına vaxtından əvvəl gəlməyi xahiş edir.
Hazırda “FlyArystan” Bakıdan Aktau şəhərinə uçuşları həftənin cümə axşamı və bazar günləri (30 mart – 25 oktyabr 2025-ci il tarixləri arasında) həyata keçirir. Bakı ilə Astana arasında mövsümi uçuşlar isə 2 iyun 2025-ci ildən başlayacaq və həftədə iki dəfə bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.