Bakı–Kişineu marşrutu üzrə uçuşların sayı artırılacaq

AZAL prezidenti Samir Rzayev ilə Moldova Baş nazirinin müavini Vladimir Bolea arasında görüş keçirilib.

Trend xəbər verir ki, bu barədə AZAL-ın "X" səhifəsindəki paylaşımda deyilir.

Keçirilən görüşdə Bakı–Kişineu marşrutu üzrə uçuşların sayı artırılması və aviasiya sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Apreldən reyslər həftədə 5 dəfəyə çatdırılıb, maydan isə gündəlik olacaq.

2024-cü ildə bu marşrut üzrə 49 mindən çox sərnişin daşınıb. Tərəflər əməkdaşlığın daha da dərinləşdirilməsinə hazır olduqlarını bildiriblər.