AZAL daha iki kurort şəhərinə uçuşlara başlayır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL yay uçuş cədvəli çərçivəsində sərnişinlərə daha geniş səyahət imkanları təqdim etməyə davam edir. Aviaşirkət aprelin 28-də Tivata, mayın 2-dən isə Batumiyə müntəzəm uçuşlar yerinə yetirəcək.

AZAL-dan AZƏRTAC-a bildirilib ki, bu populyar kurort şəhərlərinə reyslər həftədə iki dəfə, Monteneqronun Tivat şəhərinə - bazar ertəsi və cümə axşamı, Gürcüstanın Batumi şəhərinə isə cümə və bazar günləri həyata keçiriləcək.

AZAL ilə dəniz sahillərində yerləşən Tivat və Batumiyə səyahət edərək yay istirahətinizi daha yaddaqalan, unudulmaz bir təcrübəyə çevirin.

Aviabiletləri rəsmi www.azal.az saytından, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə edə bilərsiniz.