Bu ilin I rübündə Azərbaycandakı mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 % artaraq 868,3 min olub.
"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gecələmələrin ümumi sayının 58,2 %-i Bakıda, 10 %-i Qusarda, 5,4 %-i Qəbələdə, 4,8 %-i Şabranda, 4,3 %-i Naftalanda, 3,1 %-i Qubada, 2,6 %-i Lənkəranda, 1,5 %-i Şamaxıda, 1 %-i Ağdamda, 1 %-i Naxçıvan Muxtar Respublikasında, 1 %-i Şuşada, və 7,1 %-i digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
Son 1 ildə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 11,9 % artaraq 484,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 55,8 %-ini təşkil edir. Gecələmələrin ümumi sayının 21,8 %-i Hindistan, 14,3 %-i Rusiya Federasiyası, 8,8 %-i Türkiyə, 6,3 %-i Birləşmiş Ərəb Əmirlikləri, 4,7 %-i Səudiyyə Ərəbistanı, 3,3 %-i ABŞ, 3,1 %-i İsrail, 3 %-i Küveyt, 2,7 %-i Pakistan, 2,4 %-i Çin, 2,4 %-i Qazaxıstan, 1,9 %-i Böyük Britaniya, 1,4 %-i Özbəkistan, 0,9 %-i Almaniya, 0,8 %-i Bəhreyn, 0,8 %-i İran, 0,8 %-i İtaliya, 0,7 %-i Gürcüstan, 19,9 %-i isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 77,5 %-i Bakıda, 12,7 %-i Qusarda, 3,5 %-i Naftalanda, 2,7 %-i Qəbələdə, 1,8 %-i Qubada, 0,4 %-i Şamaxıda, 1,4 %-i isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.
İl ərzində Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrinin sayı isə 10,8 % artaraq 383,4 min olub ki, bu da ümumi gecələmələrin 44,2 %-ini təşkil edir.