"Air Astana" Atırau-Bakı marşrutu ilə yeni birbaşa aviareyslər işə salacaq - BU TARİXDƏN

2025-ci ilin may ayından etibarən Qazaxıstan beynəlxalq aviadaşımaların coğrafiyasını genişləndirir; on ölkəyə, o cümlədən Azərbaycana yeni marşrutlar açılır.

Trend xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirliyi məlumat yayıb.

 

Məlumata əsasən, mayın 31-dən etibarən “Air Astana” aviaşirkəti “Atırau-Bakı” marşrutu ilə həftədə 3 dəfə olmaqla birbaşa reyslər işə salacaq.

Bu, Qazaxıstan və Azərbaycan arasında işgüzar və turistik təmasların inkişafı üçün yeni imkanlar açacaq.