Azərbaycan – parlaq və ziddiyyətli, çoxşaxəli və özünəməxsus bir ölkədir. Burada ənənələr müasirliklə qovuşur, unikal memarlıq abidələri isə futuristik göydələnlərlə yanaşı yerləşir. Bu torpaqlarda siz qədim sivilizasiyaların izləri ilə addımlaya, orta əsr karvansaralarına və ibadətgahlarına baş çəkə, daşla döşənmiş qədim şəhər küçələrində gəzə, qayaüstü rəsmləri öz gözlərinizlə görə bilərsiniz. Eyni zamanda, müasir qalereyalar, muzeylər, teatrlar, mədəniyyət mərkəzləri və parklar da ziyarətçilərə açıqdır."