İyunun 15-dən Azərbaycanda çimərlik mövsümü açıq elan ediləcək.
Trend-in əldə etdiyi məlumata görə, çimərlik ərazilərinin təmizlənməsi ilə bağlı müvafiq qurumlara Bakı Şəhəri İcra Hakimiyyətinin tapşırıqları verilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya MərkəziÇimərlik mövsümünün başlanması ərəfəsində ölkə üzrə çimərliklərin monitorinqinə artıq start verib.