Azərbaycanın 12 turoperatorunun nümayəndələri regionun turizm potensialını və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Qazaxıstanın Mangistau vilayətində səfərdədir.
AZƏRTAC Mangistau vilayətinin icra orqanına istinadla xəbər verir ki, səfəri regional turizm departamenti “Fly Arystan” aviaşirkəti ilə birgə təşkil edib. Təşəbbüs Mangistau vilayətinin turizm imkanlarının populyarlaşdırılması və Qazaxıstan ilə Azərbaycan arasında turist axınının artırılması məqsədi daşıyır.
Dördgünlük infotur çərçivəsində qonaqlar regionun görməli yerlərini ziyarət edəcəklər. Cığılqan, Şakpak-ata, Torış və sairə mənzərəli yerlərə ekskursiyalar da nəzərdə tutulub.
Səfərin nəticələrinə əsasən, bu marşrutlar əsasında Azərbaycandan gələn turistlər üçün xüsusi turizm paketləri hazırlanacaq.