Azərbaycan mətbəxinin nümunələri Yunanıstanda təqdim edilib

Yunanıstanın Saloniki şəhərindəki Plaz Aretsusda meydanında 24-cü “Xeyirxahlıq üçün qida” (“Food for Good”) - ənənəvi Beynəlxalq Qida Festivalı keçirilib.

AZƏRTAC xəbər verir ki, festivalda “Qala” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə qurulmuş guşədə milli mətbəximizin ləziz təamları, müxtəlif çeşidli şirniyyatlar, Azərbaycan çayı və şərabı iştirakçılara təqdim olunub.

Festivalda hər il ziyarətçilərə 40-dan çox ölkənin mətbəx nümunəsi təqdim edilir.

Qeyd edək ki, tədbirdə toplanan vəsait Yunanıstanın Filiro bölgəsində yerləşən uşaq evinə ianə olunacaq.