AZAL-ın Bakı-Dəmmam istiqaməti üzrə reysi geri dönüb

“Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı–Dammam marşrutu üzrə J2 8205 nömrəli reysi yerinə yetirən təyyarə Qətər hava məkanının bağlanması səbəbindən Bakı hava limanına geri qayıdıb.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, “Airbus” tipli təyyarə yerli vaxtla saat 22:49-da Heydər Əliyev Beynəlxalq Aeroportunda uğurla eniş edib.

 

Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.