Mən turist olsaydım – Rza bəy Əlibəyovun malikanəsi

AZƏRTAC yeni rubrikası çərçivəsində Azərbaycan rayonlarında, Bakı və onun ətrafında yerləşən maraqlı, lakin az tanınan görməli yerlər haqqında məlumat verməyə davam edir. Bu dəfə biz Rza bəy Əlibəyovun malikanəsinə yollanırıq – dövrünün ruhunu heyrətamiz şəkildə qoruyub saxlayan unikal memarlıq abidəsinə.

Süleyman Tağızadə və Rza Quliyev küçələrinin kəsişməsində yerləşən bu memarlıq incisi Rza bəy Əlibəyova – zadəgan nəslinin nümayəndəsinə məxsus olub. Peterburqda təhsil alarkən Əlibəyov memar Nikolay Dmitriyeviç Prokofyev ilə tanış olur və Bakıda şəxsi malikanəsinin layihələndirilməsini ona tapşırır. Beləliklə, 1903-cü ildə klassik üslubda üçmərtəbəli bina inşa edilir.

Malikanənin tikintisində istifadə olunan Bakı əhəng daşı xüsusilə diqqətəlayiqdir – bu daş yalnız tikinti materialı kimi deyil, həm də dekorativ element kimi istifadə olunub.

Lakin binanın əsas cazibəsi onun daxili hissəsindədir – illər keçsə də gözəlliyini qoruyub saxlayan naxışlı tavanlar, suvenirlər və freskalarla bəzədilmiş geniş giriş zalı.

Maraqlı bir versiya da mövcuddur: guya Lənkəran xanı nəslindən olan bir qadınla evli olan Əlibəyov Bakıda tikdirdiyi malikanənin eynisini Lənkəranda da inşa etdirib...

Gallery