Azərbaycana gənc və ahıl yaşlı turistlərin axını artıb - ARAŞDIRMA

Bu ilin I yarısında Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 % az - 842 min 466 nəfər təşkil edib.

“Report”un əldə etdiyi məlumata görə, bunun 88 min 900 nəfəri 17 yaşa qədər olub. Bu, 1 il əvvələ nisbətən 8,6 % azdır.

Hesabat dövründə 17–25 yaşlı turistlərin sayı 31,5 % artaraq 112 min 501 nəfər, 26-35 yaşlı turistlərin sayı 10 % artaraq 167 min 361 nəfər, 36-45 yaşlı turistlərin sayı 15,5 % azalaraq 210 min 538 nəfər, 46-55 yaşlı turistlərin sayı 7,2 % azalaraq 163 min 910 nəfər, 56-65 yaşlı turistlərin sayı 6,1 % artaraq 52 min 874 nəfər, 66 və ondan yuxarı yaşlı turistlərin sayı isə 18,9 % artaraq 46 min 382 nəfər təşkil edib.

Görünən odur ki, ölkəyə ortayaşlı turistlərin axını azalıb, gənc və ahıl yaşlı turistlərin axını isə artıb.

Yanvar-iyun aylarında ölkəyə turizm məqsədli səfərlər daha çox Rusiyadan reallaşıb. 6 ay ərzində Azərbaycan şimal qonşusundan 240 min 746 nəfər turist qəbul edib ki, bu da illik müqayisədə 18,7 % azdır. O cümlədən, Rusiyadan gələn 17 yaşa qədər turistlərin sayı 23 % azalaraq 33 min 222 nəfər, 17-25 yaşlı turistlərin sayı 5,1 % artaraq 32 min 740 nəfər, 26-35 yaşlı turistlərin sayı 7,8 % artaraq 55 min 724 nəfər, 36-45 yaşlı turistlərin sayı 46,8 % azalaraq 47 min 372 nəfər, 46-55 yaşlı turistlərin sayı 23,6 % azalaraq 43 min 564 nəfər, 56-65 yaşlı turistlərin sayı 41,2 % artaraq 16 min 612 nəfər, 66 və ondan yuxarı yaxşlı turistlərin sayı isə 7,1 % azalaraq 11 min 512 nəfər olub.

I yarımildə ölkəyə turizm məqsədli səfərlərin sayına görə ikinci yerdə Hindistan qərarlaşıb. Hesabat dövründə bu ölkədən Azərbaycana 105 min 647 nəfər turist gəlib. Bu, ötən ilin eyni dövrünə nisbətən 9,9 % azdır. O cümlədən, Hindistandan gələn 17 yaşa qədər turistlərin sayı 4,2 % azalaraq 14 min 747 nəfər, 17-25 yaşlı turistlərin sayı 9,6 % artaraq 13 min 814 nəfər, 26-35 yaşlı turistlərin sayı 10,7 % azalaraq 19 min 106 nəfər, 36-45 yaşlı turistlərin sayı 13,7 % azalaraq 21 min 999 nəfər, 46-55 yaşlı turistlərin sayı 13,6 % azalaraq 22 min 848 nəfər, 56-65 yaşlı turistlərin sayı 29,7 % azalaraq 7 min 589 nəfər, 66 və ondan yuxarı yaşlı turistlərin sayı isə 7,2 % artaraq 5 min 544 nəfər təşkil edib.