Turistlərin Azərbaycanda ödənişlərinin reallaşmasında "Mastercard"ın rolu dəyərləndirilib

Ötən il 178 ölkədən turist qəbul etmişik. Birinci yerdə Türkiyə, ikinci yerdə BƏƏ və digərləri gəlir. Turistlər ölkəmizdə hoteldə gecələməyə ortalama 133 avro pul xərcləyib. Bu ödənişlərin reallaşmasında "Mastercard" böyük rola malik olub.

Trend xəbər verir ki, bunu “Mastercard”ın Azərbaycan üzrə ölkə meneceri Emil Zeynalov şirkətinin beynəlxalq idman tədbirlərinin Azərbaycan iqtisadiyyatına təsiri, iqtisadi göstəricilər və ölkə üzrə “Mastercard” fəaliyyətinə dair proqnozlar mövzusunda keçirilən mətbuat konfransında bildirib.

O bildirib ki, ötən il Azərbaycana gələn tursitlər tərəfindən edilən alış-verişlər artıb:

"Məsələn, gələn turist sayı 2023-cü illə müqayisədə 2024-cü ildə 87%, onların keçirdiyi dövriyyə 85%, əməliyyat sayı isə 77% artıb. Kateqoriyalar üzrə hotel xərclərmələri çox ciddi artıb (+127%). Restoran xərcləri isə 141% artıb. Biz həmçinin ölkələr üzrə kateqoriyalara da baxırıq. Türkiyədən gələn turistlərin hotel xərcləri 3 dəfə, İngiltərədən ölkəmizə gələn turistlərin isə restoran xərcləri 4 dəfə artıb".