Münxen hava limanı dron həyəcanından sonra fəaliyyətini bərpa edib

Dron təhlükəsi ilə əlaqədar ötən gecə yenidən bağlanan Münxen hava limanında aviareyslər səhər saatlarında bərpa edilib.

AZƏRTAC xəbər verir ki, Münxen aeroportunun açıqlamasında uçuşların tədricən bərpa edildiyi qeyd olunub. Bununla belə, gecikmələrin gün ərzində davam edə biləcəyi vurğulanıb və sərnişinlərdən müvafiq aviaşirkətlərlə əlaqə saxlamaları xahiş edilib.

Bu, son iki gündə ikinci hadisədir. Belə ki, dron müşahidəsi xəbərdarlığı ilə əlaqədar aeroportun fəaliyyəti dərhal dayandırılmış, bir sıra aviareyslər ləğv edilmişdi. Vəziyyətlə əlaqədar iki gün əvvəl 3000, ötən gün isə 6500 sərnişin aeroportda gözləməli olmuşdu.