Ağdama səfər edən Beynəlxalq Səyahətçilər ilk olaraq Ağdam Cümə məscidində olub.
Trend-in Qarabağ bürosunun xəbərinə görə, qonaqlara məscidin tarixi və işğal dövründə ermənilər tərəfindən talana məruz qalmaları barədə məlumat verilib.
Bildirilib ki, Ağdamda yerləşən ermənilər məscidin binasında donuz saxlamaq üçün tövlə kimi istifadə ediblər.
Səfər iştirakçılarına bütün deyilənlərin sübutları kimi əks etdirən fotolar göstərilib.
xxx
11:04
Bu gündən ETIC (“Extreme Traveler International Congress”) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayıb.
Trend xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (“Most Traveled People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.
Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
xxx
07:19
Bu gündən ETIC (“Extreme Traveler International Congress”) klubunun rəhbəri Kolja Sporinin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağa növbəti səfəri başlayır.
Trend xəbər verir ki, 8 ölkədən - ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya, Portuqaliyadan gələn heyətdə MTP (“Most Traveled People”) beynəlxalq səyahətçilər şəbəkəsinin təsisçisi, ABŞ-dan olan Çarls Veley də təmsil olunur.
Heyət 2 gün ərzində avtomobil yolu ilə Ağdam-Xankəndi-Laçın-Şuşa-Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırır.
İşğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə 2021-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 14 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, eyni qəbildən olan sayca 15-ci səfərdir.
Qarabağ və Şərqi Zəngəzurda viran qalmış yerlərdə qısamüddətdə 6 şəhər, 2 qəsəbə, 20 kənd qurulub, 60 minə yaxın insan artıq bu yerlərdə məskunlaşıb. Azərbaycanın postmünaqişə bölgəsində unikal və bənzərsiz şəhərsalma təcrübəsi beynəlxalq səyahətçilərin bura davamlı axını ilə nəticələnir.
Xəbər yenilənəcək