Hindistanın paytaxtı Dehlinin İndira Qandi adına Beynəlxalq Aeroportunda hava hərəkətinə nəzarət sistemindəki texniki nasazlıq səbəbindən 400-dən çox aviareys təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, “The Hindustan Times” nəşrinin məlumatına görə, hava limanı idarəsi gecikmələri uçuş planı məlumatlarını avtomatik olaraq izləmə sisteminə ötürən qurğudakı texniki nasazlıqla əlaqələndirib.
Yerli media bildirir ki, hava limanı noyabrın 7-də 313 uçuş və 118 eniş gecikdirib.
Qeyd edək ki, Hindistanın ən yüklü hava limanı olan Dehli aeroportu gündə 1500-dən çox uçuş həyata keçirir.