Bakıda “China Visitors Summit”i keçirilir

Bu gün Bakıda ilk dəfə Çinin 50-dən çox turizm şirkətinin və yerli turizm sənayesi üzvlərinin iştirakı ilə “China Visitors Summit” keçirilir.

Trend xəbər verir ki, sammitə Dövlət Turizm Agentliyi təşkilatçılıq edir.

“China Visitors Summit” Azərbaycan turizmi üçün prioritet bazar hesab olunan Çindən turistlərin axınının artmasını təmin edəcək mühüm tədbirlərdən biri hesab olunur.

 

Tədbirdə Azərbaycan və Çin tərəfdən rəsmilər iştirak edir.

Xəbər yenilənəcək