Bəşir Hacıyev: Kəlbəcər ən inkişaf etmiş mədəniyyət və turizm mərkəzlərindən birinə çevriləcək

Bu gün ilk dəfə təntənəli şəkildə Kəlbəcər Şəhəri Gününün qeyd olunması rayonun yeni mərhələyə qədəm qoyduğunu göstərir və mühüm hadisədir. Kəlbəcərdə mədəniyyətin, turizmin, təhsilin və ictimai həyatın dirçəlişini izləmək hər birimiz üçün qürurverici mənzərədir.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Kəlbəcər rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Bəşir Hacıyev deyib.

O, bu gün keçirilən tədbirin Kəlbəcərə olan inamın bariz göstəricisi olduğunu deyib: “Tarixi abidələri, zəngin flora və faunası ilə təbiətin canlı muzeyi sayılan bu şəhər bərpa olunduqdan sonra ən gözəl və ən inkişaf etmiş mədəniyyət və turizm mərkəzlərindən birinə çevriləcək.