Ölkəyə turist kimi gəlmiş Macarıstan Respublikası vətəndaşı Quba rayonunun Xınalıq kəndindən geri qayıdarkən qarlı hava şəraiti səbəbindən idarə etdiyi avtomobillə yolda köməksiz vəziyyətdə qalıb.
Trend-in məlumatına görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları Qımıl kəndi yaxınlığında yolun qarlı olması səbəbindən hərəkəti mümkünsüz olan “Hyundai” markalı avtomobillə qalan turistə lazımi köməklik göstəriliblər.
O, təhlükəsiz şəkildə otelə yerləşdirilib.