Filippinin Laoag hava limanında gecə uçuşları yanvarın 7-dək təxirə salınıb

Filippinin Laoag hava limanında gecə uçuşları yanvarın 7-dək təxirə salınıb.

AZƏRTAC Filippinin PNA informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Mülki Aviasiya İdarəsi məlumat yayıb. Bildirilib ki, uçuş-enmə zolağındakı kənar işıqlar istifadəyə yararsızdır. Sistemi qismən bərpa etmək üçün naqillər çəkilir.