Kəlbəcərə qar yağır (VİDEO)

Ölkə ərazisinin yağıntılı və küləkli hava şəraiti davam edir.

Kəlbəcər rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətindən Trend-ə verilən məlumata görə, ötən gündən başlayaraq Kəlbəcər rayonuna güclü qar yağmağa başlayıb.

 

Bildirilib ki, hazırda Kəlbəcər şəhərinə qarın hündürlüyü 15, yüksək dağlıq ərazilərdə isə 35 santimetri keçib. Havanın temperaturu - 1°-dir.