Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi müzakirə edildi

Azərbaycan və Yaponiya arasında birbaşa reyslərin həyata keçirilməsi üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.

Trend xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) İdarə heyətinin sədri Samir Rzayev sosial şəbəkədəki hesabında bildirib.

“Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe ilə səmimi görüşümüz baş tutdu.