Gürcüstanın paytaxtı Tbilisidəki məşhur Milli Botanika Bağı müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi Şəhər Meriyası məlumat yayıb.
Bildirildiyinə görə, qalın qar Milli Botanika Bağına ciddi ziyan vurub, unikal ağac və bitki kolleksiyalarına təsir göstərib, nadir ağac bitkiləri zədələnib. Bu isə bağın ekosisteminə ciddi təhlükə yaradır.
Mütəxəssislərin fikrincə, mövcud vəziyyət xüsusi diqqət və uzunmüddətli bərpa prosesi tələb edir. Hazırda dəymiş ziyan qiymətləndirilir və bərpa tədbirləri üçün plan hazırlanır.
Məlumata görə, bərpa işləri üçün xeyli vaxt və vəsait tələb olunacaq.
İşlər başa çatdıqdan sonra Milli Botanika Bağı yenidən ziyarətçilərin istifadəsinə veriləcək.
Qeyd edək ki, Milli Botanika Bağında məşhur azərbaycanlıların dəfn olunduğu “Pantio”nun da ziyarəti qadağan edilib.