Qətər uçuş qadağasını qismən aradan qaldırıb

Yaxın Şərqdə eskalasiyaların davam etməsinə baxmayaraq Qətərdə mülki hava gəmilərinin uçuşu ilə bağlı tətbiq olunan qadağa qismən aradan qaldırılıb. Belə ki, fevralın 28-dən etibarən ilk dəfə olaraq sərnişin təyyarəsi Doha aeroportunu tərk edib.

Trend bu barədə Qətərin “Al-Jazeera” telekanalına istinadən xəbər verir.

Kanal bildirir ki, aviauçuşların real vaxtda monitorinqini aparan “Flightradar” platforması ilk reysin “Airbus A380” təyyarəsi ilə gerçəkləşdiyini və təyyarənin Doha-London marşrutu ilə uçduğunu yazır.

 

Bundan əvvəl ölkənin aviasiya qurumu ilk uçuşlarda ölkədə çıxılmaz vəziyyətdə qalmış ailələr, ahıl sərnişinlərə və zəruri tibbi ehtiyacları olan sərnişinlərin prioritetləşdiriləcəyini bildirmişdi.