Beynəlxalq səyyahlar Ağdam Cümə məscidində olublar

Beynəlxalq səyyahlar Ağdam Cümə məscidində olublar

Trend-in Qarabağ bürosu xəbər verir ki, səyyahlar Ağdam Cümə məscidi və Çörək muzeyinin qalıqları ilə tanış olublar.

Onlara işğal dövründə törədilən dağıntılar və Ağdamda aparılan bərpa-quruculuq işləri barədə məlumat verilib.

Qonaqlar Şuşa şəhərinə yola düşüblər.

Qeyd edək ki, “NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb.